ADP İdarə Heyətinin toplantısı keçirilib

ADP İdarə Heyətinin toplantısı keçirilib
# 25 iyun 2012 14:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. ADP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Əbülfəz Elçibəyin doğum günü yad edilib və onun Azərbaycanın dövlətçilik idealları uğrunda apardığı mübarizənin hər bir vətəndaşa örnək olduğu diqqətə çatdırılıb.

İdarə Heyəti dövlət başçısının əfvlə bağı son fərmanına münasibət bildirib və bu şəxslərin azadlığa buraxılmasını təqdir edib. İclasda ADP Saatlı rayon təşkilatının fəalı İlham Süleymanovun və hüquq müdafiəçisi Hilal Məmmədovun həbsi pislənib.

Toplantıda Rusiyada yaşayan etnik qrupların iştirakı ilə Moskvada keçirilən konfransda ləzgi və avar xalqları adından danışan bir qrup şəxsin Azərbaycanı milli ayrı-seçkilik siyasətinə görə ittiham etməsindən narahatlıq ifadə olunaraq bunun arxasında Rusiyanın durduğu bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR