Bank Of Baku

BAXCP İdarə Heyətinin iclası keçirilib

BAXCP İdarə Heyətinin iclası keçirilib
# 25 iyun 2012 15:50 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda BAXCP sədri Qüdrət Həsənquliyev Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik alt komitəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən dinləmələrlə bağlı İdarə Heyətinin üzvlərini məlumatlandırıb.

Daha sonra ötən həftə Azərbaycan prezidenti tərəfindən imzalanan əfv sərəncamı müzakirə mövzusu olub və əfv sərəncamı təqdir edilib. Lakin sərəncamın aksiyalar zamanı həbs olunan digər şəxslərə şamil olunmamasından təəssüf hissi də ifadə olunub.

Toplantıda ölkədə siyasi və hüquqi islahatların aparılmasının zəruriliyi vurğulanıb.

İclasın sonunda qurultaya hazırlıqla bağlı müzakirə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR