Bank Of Baku

ADP TANAP sazişini müsbət qiymətləndirib

ADP TANAP sazişini müsbət qiymətləndirib
# 02 iyul 2012 13:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ilk növbədə ötən həftə imzalanan “TransAnadolu” qaz kəməri sazişinə diqqət çəkən İdarə Heyəti üzvləri bu sazişin Azərbaycanın suverenliyinin möhkəmlənməsi, ölkədə istehsal olunacaq qazın Avropa bazarına çatdırılması və Türkiyə ilə strateji əlaqələrin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

İdarə Heyəti prezident İlham Əliyevin Bakıda keçirilən Krans Montana forumundakı çıxışı zamanı Dağlıq Qarabağ və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı söylədiyi fikirləri təqdir edib, danışıqlarda da eyni mövqenin sərgilənməsini vacib sayıb.

İclasda bəzi təşkilati məsələlərə də baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR