Bank Of Baku

Müsavat qurultaya yer ayrılması üçün bir daha hökumətə müraciət etməyəcək

Müsavat qurultaya yer ayrılması üçün bir daha hökumətə müraciət etməyəcək
# 05 iyul 2012 09:41 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Müsavat Partiyası VIII qurultayının təşkilinə yer ayrılması ilə bağlı hökumətə bir daha müraciət etməyəcək”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqının müavini Tofiq Yaqublu deyib. O bildirib ki, partiya bu günə qədər dəfələrlə paytaxtın icra hakimiyyətinə, Mədəniyyət və Turizm Naziriliyinə və digər qurumlara rəsmi müraciət etsə də, istədiyi cavabı almadığından, hökumət təşkilatlarına bir daha müraciət etməmək qərarına gəlib: “Hökumət rəsmiləri partiyanın qurultayının keçirilməsi üçün yer ayrılacağına dair açıqlamalar versələr də, rəsmi təklif yoxdur və əməli addım da atılmayıb. Bu səbəbdən də biz öz tədbirimizin keçirilməsi ilə bağlı lazım olan işlərin icrasına başlamışıq”.

T. Yaqublu bəyan edib ki, partiyanın qurultayının Gürcüstanın paytaxtı Tiflisdə keçirilməsi üçün müvafiq addımlar atılmağa başlanıb: “Zəruri olan texniki məsələlər öz həllini tapmaqdadır. Qarşıya qoyulan müvafiq dövr ərzində qurultayın Tiflisdə keçirilməsi üçün bütün maneələr aradan qaldırılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR