Bank Of Baku

Barri Lovenkron Azərbaycan hökumətini Elmar Hüseynovun qətlinə görə məsuliyyət daşıyanların məhkəmə qarşısına çıxarılmasını təmin etməyə çağırıb

Barri Lovenkron Azərbaycan hökumətini Elmar Hüseynovun qətlinə görə məsuliyyət daşıyanların məhkəmə qarşısına çıxarılmasını təmin etməyə çağırıb
# 18 dekabr 2006 14:26 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Barri Lovenkron verib. Onun sözlərinə görə, Elmar Hüseynov kimi jurnalistlərə yönəlmiş hücumlar məhz demokratiyaya yönəlmiş hücumlar kimi qiymətləndirilməlidir: “Onu qəddarcasına öldürənlər yalnız Elmar Hüseynovun yox, həm də başqa jurnalistlərin səsini susdurmaq və ya onların üzərində senzura tətbiq etmək məqsədi güdürdülər. Lakin qatillər öz məqsədlərinə nail olmalı deyillər”. B. Lovenkron qeyd edib ki, Azərbaycan hökuməti media azadlığına dair öz üzərinə bir sıra öhdəliklər götürüb: “Mən Azərbaycan hökumətini Elmar Hüseynovun qətlinə görə məsuliyyət daşıyan şəxslərin məhkəmə qarşısına çıxarılmasını təmin etməyə çağırıram. Dünyada mövcud olan demokratiya və insan hüquqlarına olan ehtiyac və təkan məhz insanların şərəfli və azad şəkildə yaşamaq arzusundan, həmçinin Elmar Hüseynov kimi insanların şəxsi şücaətindən və dəyanətindən irəli gəlir. ABŞ xalqı və ABŞ hökuməti adından Elmar Hüseynovun ailəsinə, dostlarına, həmkarlarına və Azərbaycan xalqına başsağlığı verirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR