Bank Of Baku

Barri Lovenkron xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb

Barri Lovenkron xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb
# 18 dekabr 2006 14:28 (UTC +04:00)
Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Barri Lovenkron xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. APA-nın məlumatına görə, görüşdə Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər, əmək qanunvericiliyi məsələləri müzakirə olunub. Bu gün Barri Lovenkron ABA Celli təşkilatında gənc hüquqşünaslarla görüş keçirib, əhaliyə pulsuz hüquqi yardım mexanizmlərinin həyata keçirilməsi ilə maraqlanıb. ABŞ Dövlət Departamentinin təmsilçisi həmçinin Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri ilə görüşüb. Sabah Barri Lovenkronun hüquq müdafiəçiləri, partiya və QHT rəhbərləri ilə görüşləri nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR