Bank Of Baku

George Mason Universitetinin professoru Mark N. Katz: “Ermənistanı iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycanla hesablaşmağa məcbur etmək daha asan olar”

George Mason Universitetinin professoru Mark N. Katz: “Ermənistanı iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycanla hesablaşmağa məcbur etmək daha asan olar”
# 19 dekabr 2006 09:51 (UTC +04:00)
Məsələyə reallıq nöqteyi-nəzərindən yaşadıqda görərik ki, Rusiya ilə Gürcüstan arasında müşahidə olunan gərginliyin əsas səbəbi budur”. Bu eksklüziv açıqlamanı APA-ya ABŞ-ın George Mason Universitetinin idarəetmə və siyasət üzrə professoru Mark N. Katz verib. O, Rusiyanın dünyada gedən prosesləri yanlış nöqteyi-nəzərdən dəyərləndirdiyini bildirib. “Rusiya düşünür ki, Qərbin dünyanın hansısa önəmli nöqtəsində uğur qazanması Moskvanın itkiləri hesabına reallaşır. Bu düşüncəyə görə, belə mübarizələrin sonu ya udmaq və ya uduzmaqdır, heç-heçə variantı yoxdur. Əslində faktiki olaraq Qərb Gürcüstanı Rusiyadan kənara çəkməyib. Gürcüstanın Qərbə meyllənməsinə səbəb Rusiyanın bu ölkəyə qarşı aqressiv siyasət yürütməsidir. Əgər, Rusiya Gürcüstandan səmimi münasibət umursa, o zaman Abxaziya və Cənubi Osetiyada oynadığı rolu dayandırmalıdır. Bu ərazilərin hər ikisi Gürcüstan üçün böyük əhəmiyyət kəsb etsə də, əslində Rusiya üçün ikinci dərəcəli ərazilərdir. Sınanmış reallıq odur ki, böyük güclər əksər vaxt geri çəkilməklə də nüfuzların artırmağı bacarırlar”. Mark N. Katz Rusiyanın hazırda beynəlxalq arenada enerji oyunu oynadığını bildirib. “Rusiyanın hazırda beynəlxalq arenada daha böyük bir oyun oynayır, bu oyunun adı enerji oyunudur. Hesab edirəm ki, yaxın gələcəkdə Rusiya bu üstünlükdən faydalanacaq ki, bu da təbiidir. Lakin Avropa gələcəkdə mavi yanacağa olan tələbatını Qatar, Nigeriya və digər ölkələrdən əldə etdiyi təbii qaz hesabına ödəyə bilər. Rusiya ixrac etdiyi təbii yanacağın həcmini sabit saxlamaq, yeni texnologiyalar və xarici kapitaldan yararlanmaq üçün korrupsiyaya uğramış investisiya mühitini dəyişməyi ağlına belə gətirmir. Belə olan təqdirdə bu ölkənin təbii yanacaq resurslarının hansı müddətə çatacağı müəmmalı məsələdir”. Mark N. Katz Avropa İttifaqının Türkiyə ilə müzakirələri dondurmaq məsələsini də şərh edib. “Həqiqətən də, Türkiyənin Avropa İttifaqına üzv qəbul olması qarşısında çoxsaylı maneələr var. Düşünürəm ki, Türkiyənin islam dövləti olması əsas və böyük maneə deyil. Ukrayna və Rusiya da islam ölkələri deyillər, ancaq Avropa İttifaqı bu ölkələri də öz sıralarında görmək istəmir. Hər üç ölkənin əhalisinin əksəriyyəti kasıbdır, Avropa İttifaqı isə bu amili həzm edə bilmir. İttifaq əhalisinin əksəriyyəti kasıb olan bu ölkələri öz sıralarına qəbul etmək istəmədiyini açıq şəkildə deyə bilmir. Çünki anlayırlar ki, bu mövqe açıq şəkildə elan olunarsa, Türkiyənin reaksiyası mənfi olacaq. Buna görə də Avropa İttifaqı Türkiyə qarşısında əsassız bəhanələr səsləndirir, gah erməni soyqırımı məsələsini qabardır, gah Kipr məsələsini gündəmə gətirir. Bu baxımdan hesab edirəm ki, Türkiyənin yaxın perspektivdə Avropa İttifaqına qəbulu mümkün deyil”. Amerikalı politoloq Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsi həcminə çatması məsələsini də şərh edib. “Azərbaycanın işğal altında olan torpaqlarını öz iqtisadi imkan və resursları hesabına geri almaq istəyir və bunun üçün öz hərbi qüdrətini artırmağa nə qədər can atdığı mənə gün kimi aydındır. Lakin bu proseslə bağlı mənim öz şəxsi fikrim var. Hesab edirəm ki, Azərbaycan hazırda əsas diqqəti iqtisadi inkişafa yönəltməli, qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində çalışmalıdır. Düşünürəm ki, Ermənistanı iqtisadi cəhətdən inkişaf etmiş və çiçəklənmiş Azərbaycanla hesablaşmağa məcbur etmək daha asan olar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR