İsa Qəmbər: “Müsavat Məclisinin növbəti iclasında narazı şəxslərlə bağlı məsələ gündəliyə salına bilər”
21 dekabr 2006 12:00 (UTC +04:00)
“Müsavat Məclisinin növbəti iclasında narazı şəxslərlə bağlı məsələnin qaldırılacağı halda, bu məsələ gündəliyə salınıb müzakirə edilə bilər”. Bu sözləri Müsavat Partiyasının başqanı İsa Qəmbər partiya Məclisinin dekabrın 23-də keçiriləcək iclasında keçmiş birinci müavini Vurğun Əyyub və rəhbərlikdə təmsil olunan digər şəxslərin son açıqlamaları ilə bağlı məsələnin müzakirə olunub-olunmayacağı ilə bağlı APA-nın sualına cavab verərkən deyib. Məclisin iclasının gündəlik layihəsinin hazırlandığını bildirən İsa Qəmbər sözügedən məsələnin hələlik gündəliyə salınmadığını qeyd edib: “Bu məsələnin gündəliyə salınması Məclis üzvlərindən asılı olacaq”. Səslənən ittihamlara gəldikdə İsa Qəmbər bir daha qeyd edib ki, o, partiyadaxili proseslərlə bağlı mətbuata açıqlama verməyəcək. Partiya başqanı Məclisin iclasında partiyanın 2006-cı il fəaliyyətinə qiymət veriləcəyini və 2007-ci ilin fəaliyyət istiqamətlərinin müəyyənləşəcəyini də vurğulayıb. Bundan əlavə, partiya Avropa Liberal Demokratik İslahatlar Partiyasına üzv olmaq üçün müraciət qəbul edəcək.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun İsa Qəmbərin ondan Müsavatdaxili məsələlərlə bağlı qəzetdə yazılar dərc etməməklə bağlı xahiş etməsi barədə açıqlamasına gəldikdə, partiya başqanı bu haqda danışmaq istəmədiyini deyib: “Bununla bağlı Rauf Arifoğlu ilə müəyyən söhbətlərimiz olub”. /APA/
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun İsa Qəmbərin ondan Müsavatdaxili məsələlərlə bağlı qəzetdə yazılar dərc etməməklə bağlı xahiş etməsi barədə açıqlamasına gəldikdə, partiya başqanı bu haqda danışmaq istəmədiyini deyib: “Bununla bağlı Rauf Arifoğlu ilə müəyyən söhbətlərimiz olub”. /APA/
Daxili siyasət
İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB
17:15
4 may 2024
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:04
4 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024