Bank Of Baku

Zehra Selçuk: 2028-ci ilə qədər qlobal halal bazarın həcmi 11 trilyon dollara çatacaq

Türkiyənin keçmiş ailə, əmək və sosial xidmətlər naziri Zehra Selçuk

© APA | Türkiyənin keçmiş ailə, əmək və sosial xidmətlər naziri Zehra Selçuk

# 16 iyun 2026 10:17 (UTC +04:00)

Halal iqtisadiyyatın gələcəyi regional inteqrasiyadan asılıdır.

APA xəbər verir ki, bu fikri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nəzdində fəaliyyət göstərən Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru, Türkiyənin keçmiş ailə, əmək və sosial xidmətlər naziri Zehra Selçuk İslam İnkişaf Bankı (İİB) Qrupunun Bakıda keçirilən İllik Toplantıları çərçivəsibdə təşkil olunan "Etik Halal Biznes Modelləri və Risklərə Dayanıqlı Maliyyələşdirmə üzrə Strateji Liderlik Dialoqu" adlı sesiyasında çıxışı zamanı səsləndirib.

“Halal iqtisadiyyatının gələcək inkişafı maliyyə, ticarət, investisiya, əmək bazarları, standartlaşdırma və sertifikatlaşdırma sistemləri arasında əlaqələri nə dərəcədə effektiv qura biləcəyimizdən asılı olacaq”, - o bildirib.

O qeyb edib ki, regional əməkdaşlıq institutları İƏT üzv dövlətləri arasında halal ekosisteminin inteqrasiyasının gücləndirilməsində strateji rol oynaya bilər. Onun sözlərinə görə, halal iqtisadiyyatı artıq çoxtrilyonluq qlobal ekosistemə çevrilib və İslam maliyyəsi, halal qida, turizm, əczaçılıq, logistika və digər sahələri əhatə edir.

Zehra Selçuk qeyd edib ki, 2023-cü ildə qlobal halal bazarının həcmi 7 trilyon ABŞ dollarını ötüb, 2028-ci ilə qədər isə bu rəqəmin 11 trilyon dollara çatacağı proqnozlaşdırılır.

“İƏT ölkələri dünya müsəlman əhalisinin təxminən 81 faizinə ev sahibliyi edir və qlobal halal bazarının təxminən 80 faizini təmsil edir. Bu, üzv ölkələr üçün sənaye inkişafı, dəyər zəncirlərinin inteqrasiyası və regional əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm imkanlar yaradır”, – o vurğulayıb.

Selçukun sözlərinə görə, mövcud tələbatın istehsal gücünə, daha yüksək əlavə dəyərli ixraca, investisiyalara və keyfiyyətli məşğulluğa çevrilməsi üçün üzv ölkələr arasında daha koordinasiyalı və inteqrasiya olunmuş əməkdaşlıq mexanizmləri qurulmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR