Almaniyanın Maynts şəhər bələdiyyəsinin sədri Azərbaycana səfər edəcək
25 dekabr 2006 14:08 (UTC +04:00)
Almaniyanın Maynts şəhər bələdiyyəsinin sədri gələn il mayın 25-də Azərbaycana səfər edəcək. APA-nın bildirdiyinə görə, bu barədə jurnalistlərə Avropa-Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (AASAM) rəhbəri Başar Kömür məlumat verib. Bələdiyyə sədrinin səfəri iyunun 2-dək davam edəcək.
B.Kömür vurğulayıb ki, Maynts bələdiyyəsinin sədri orada yaşayan türklərin və azərbaycanlıların hüquqlarını daim müdafiə edib: “Onun Almaniyada kifayət qədər nüfuzu var. Bu şəxsi növbəti seçkilərdə Almaniyanın baş naziri postuna ən real namizəd kimi təqdim edirlər”. AASAM rəhbəri qeyd edib ki, bələdiyyə sədrinin Azərbaycanın dövlət və hökumət rəsmiləri, o cümlədən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla da görüşləri nəzərdə tutulur. /APA/

Daxili siyasət
Deputat: Qazaxın 4 kəndinin qaytarılmasına dirəniş missiyasını indi də Qriqoryan kilsəsinə tapşırıblar
11:36
7 may 2024
Milli Məclis adından Mehriban Əliyevaya təbrik məktubu göndərilib
11:15
7 may 2024
Spiker: Heydər Əliyev böyük tarixi şəxsiyyətlərimizin dövlətçilik ənənələrini davam və inkişaf etdirib
11:09
7 may 2024
Milli Məclisin iclası başlayıb
11:00
7 may 2024