Bank Of Baku

“Azadlıq” qəzetinin əməkdaşının döyülməsi ilə bağlı Redaktorlar Birliyinin iclası keçirilib

“Azadlıq” qəzetinin əməkdaşının döyülməsi ilə bağlı Redaktorlar Birliyinin iclası keçirilib
# 26 dekabr 2006 13:25 (UTC +04:00)
Redaktorlar Birliyi “Azadlıq” qəzetinin əməkdaşı Nicat Dağların naməlum şəxslər tərəfindən döyülməsi ilə bağlı iclas keçirib. APA-nın məlumatına görə, qəzetin baş direktoru Azər Əhmədov N. Dağların döyülməsi faktı və onun vəziyyəti haqqında məlumat verib. A. Əhmədov son 20 gün ərzində qəzetdə N. Dağların yazısının dərc edilmədiyini və onun şəxsi problemləri ilə əlaqədar bir müddət Bakıda olmadığını açıqlayıb: “Buna görə də, hər hansı versiya üzərində dayanmağımız çətinləşir. Buna baxmayaraq, hadisə gündüz olub və hüquq-mühafizə orqanları ciddi maraqlansalar, cinayətkarı tapa bilərlər”. İclasın sonunda qurumun adından bəyanat qəbul etmək qərara alınıb. Həmçinin yaxın günlərdə Söz və Mətbuat Azadlığının Müdafiəsinin Koordinasiya Şurasının iclasının keçirilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR