Bank Of Baku

Avropaya qaz nəqlini nəzərdə tutan “Nabucco” layihəsi üzərində iş sürətlənib

Avropaya qaz nəqlini nəzərdə tutan “Nabucco” layihəsi üzərində iş sürətlənib
# 27 dekabr 2006 14:01 (UTC +04:00)
“Nabucco” layihəsi üzərində iş sürətlənib. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə, kəmərin inşası üçün tender işlərinin aparılması layihə konsorsiumu tərəfindən Danimarkanın “Ramboll” şirkətinə həvalə olunub. “Ramboll” 2007-ci ilin fevral ayına qədər bu missiyanı yerinə yetirməlidir. 3300 km uzunluğunda olacaq bu kəmərin layihə dəyəri 5,8 milyard dollara bərabərdir. “Nabucco” vasitəsilə Avropaya 4,5-13 milyard kubmetr qazın nəql olunması nəzərdə tutulur. Layihəyə əsasən Xəzər dənizi, xüsusilə də Azərbaycandan təbii qazın Qərbi Avropaya çatdırılması üçün boru xəttinin inşa olunması planlaşdırılıb. Bu kəmər Türkiyə-Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya marşrutu üzrə çəkiləcək. İnşaat işlərinin 2011-ci ilin əvvəllərinə qədər başa çatdırılması gözlənilir və bu prosesdə “Botaş” (Türkiyə), OMV (Avstriya), MOL (Macarıstan), “Bulgargaz” (Bolqarıstan) və “Transgaz” (Rumıniya) şirkətləri iştirak edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR