Azərbaycan Xarici İşlər Nazirliyi: “Türkiyə Azərbaycana heç bir nota verməyib”
27 dekabr 2006 14:02 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə verib. Onun sözlərinə görə, baş verən insidentlə əlaqədar Ankaranın rəsmi Bakıya nota verməsi barədə xəbərlər əsassızdır. Qeyd edək ki, müğənni Sərtab Ərənərlə birlikdə dekabrın 19-da Bakıya gələn pianoçu, Burak Bedikyan adlı erməni mənşəli Türkiyə vətəndaşı Azərbaycana buraxılmayıb və Heydər Əliyev adına hava limanından geri qaytarılıb. Türkiyə kütləvi informasiya vasitələri bu faktla əlaqədar ölkənin xarici siyasət idarəsinin rəsmi Bakıya nota verdiyi barədə məlumat yayıb. Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov isə APA-ya açıqlamasında səfirliyə nota verilməsi barədə xəbəri təkzib edib. Erməni əsilli Türkiyə vətəndaşı, pianoçu Burak Bedikyan bu insidentlə bağlı Türkiyə mətbuatına verdiyi açıqlamada isə hadisəyə dərhal reaksiya verdiyinə görə Türkiyə Xarici İşlər Nazirliyinə təşəkkür edib. /APA/
Daxili siyasət
BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib
15:57
1 may 2024
Əli Əsədov Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb
13:13
1 may 2024
MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq
12:19
1 may 2024
İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd olub
15:33
29 aprel 2024