Bank Of Baku

Serj Sarkisyan: “Rusiyanın Ermənistandakı hərbi bazasını ən müasir silahlarla təchiz etməsindən çox şad olarıq”

Serj Sarkisyan: “Rusiyanın Ermənistandakı hərbi bazasını ən müasir silahlarla təchiz etməsindən çox şad olarıq”
# 27 dekabr 2006 14:24 (UTC +04:00)
Ermənistanın müdafiə naziri Serj Sarkisyan Rusiyanın Gümrüdəki hərbi bazasındakı silahları modernləşdirmək qərarını alqışlayıb. APA-nın xəbərinə görə, S. Sarkisyan bildirib ki, Rusiyanın öz hərbi bazasını ən müasir silahlarla təchiz etməsindən çox şad olar: “Əgər Rusiya bu silahları tam şəkildə və ya qismən Ermənistan Silahlı Qüvvələrinin istifadəsinə verərsə, mən ikiqat şad olaram”. Azərbaycan müdafiə nazirinin Gürcüstandan çıxarılan Rusiya hərbi texnikasının Ermənistana göndərilməsindən narazılıq etməsinə toxunan erməni nazirin sözlərinə görə, bu məsələnin yalnız Rusiya və Ermənistana aidiyyəti var və İrəvan heç kimdən icazə almağa borclu deyil: “Biz heç vaxt soruşmamışıq ki, niyə Azərbaycan Ukraynadan böyük miqdarda MiQ-29 təyyarəsi və digər silahlar alır. Onlar öz işləri, biz isə öz işimizlə məşğul olmalıyıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR