“Azəri-Türk” Qadınlar Birliyi dünya türklərinin həmrəylik gününün keçirilməsini təklif edir
28 dekabr 2006 15:34 (UTC +04:00)
“Azəri-Türk” Qadınlar Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar tədbir keçirib. APA-nın məlumatına görə, birliyin sədri Tənzilə Rüstəmxanlı dünya türklərinin həmrəylik gününün keçirilməsinin zəruri olduğunu deyib: “Zaman-zaman türk dünyası kənar təsirlərdən parçalanıb. Bu prosesin qarşısının alınması üçün xüsusi bir günün qeyd olunmasına ehtiyac var”. O, beynəlxalq təşkilatların missionerliklə məşğul olduğunu da söyləyib. Milli Məclisin deputatı Sabir Rüstəmxanlı da türk dünyasının siyasi, iqtisadi və mənəvi birliyinin vacibliyindən danışıb. S. Rüstəmxanlı türk dövrünün başladığını və proseslərin milli birliyə doğru getdiyini bildirib. /APA/
Daxili siyasət
Deputat: Qazaxın 4 kəndinin qaytarılmasına dirəniş missiyasını indi də Qriqoryan kilsəsinə tapşırıblar
11:36
7 may 2024
Milli Məclis adından Mehriban Əliyevaya təbrik məktubu göndərilib
11:15
7 may 2024
Spiker: Heydər Əliyev böyük tarixi şəxsiyyətlərimizin dövlətçilik ənənələrini davam və inkişaf etdirib
11:09
7 may 2024
Milli Məclisin iclası başlayıb
11:00
7 may 2024