Bank Of Baku

Nazim İbrahimov: “İndiyə qədər gördüyümüz işlər 2007-ci ilin Azərbaycan diasporunun yüksəliş ili kimi qeyd edə biləcəyimizə stimul verəcək”

Nazim İbrahimov: “İndiyə qədər gördüyümüz işlər 2007-ci ilin Azərbaycan diasporunun yüksəliş ili kimi qeyd edə biləcəyimizə stimul verəcək”
# 30 dekabr 2006 10:00 (UTC +04:00)
APA-nın məlumatına görə, XÖYAİDK sədri Nazim İbrahimov bildirib ki, 1991-ci ildə Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan bu günün əhəmiyyəti böyükdür, dünyada yaşayan azərbaycanlıların birləşməsində 31 dekabrın xüsusi rolu olub. Artıq dünya azərbaycanlıların birləşdiyini deyən N.İbrahimovun sözlərinə görə, diaspor təşkilatları 2007-ci ildə informasiya mübarizəsində yeni addımlar atacaq və bu fəaliyyət Azərbaycanın haqlı səsini dünyaya çatdırmaqla nəticələnəcək. 2006-cı ildə diaspor təşkilatlarının fəaliyyətini müsbət qiymətləndirən N.İbrahimov bu istiqamətdə zəruri tədbirlərin davam etdiriləcəyini bildirib: “İndiyə qədər gördüyümüz işlər 2007-ci ilin Azərbaycan diasporunun yüksəliş ili kimi qeyd edə biləcəyimizə stimul verəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR