QAT Ermənistanın silah arsenalını artırması ilə bağlı bəyanat verib
08 yanvar 2007 09:00 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatı (QAT) Ermənistanın növbəti dəfə beynəlxalq hüquq normalarına məhəl qoymadan silah arsenalını artırması ilə bağlı bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda Ermənistanın bu hərəkətləri və regionda işğalçı niyyətlərindən geri çəkilmək istəməməsi pislənilib: “Rusiya müxtəlif vasitələrlə Ermənistanı silahlandırmaqda davam edir. Bu da ATƏT-in Minsk Qrupunun fəaliyyətinin anti-Azərbaycan xarakteri daşıdığını bir daha təsdiq edir. Ermənistan da sürətlə silahlanma siyasətini həyata keçirməklə münaqişənin dinc vasitələrlə nizama salınmasında maraqlı olmadığını, işğal etdiyi ərazilərdən çıxmaq niyyətinin olmadığını göstərir. İşğalçı dövlətin regionda hələ də militarist xətt yeritməsi beynəlxalq təşkilatların səmərəsiz fəaliyyətinin nəticəsi kimi qiymətləndirilməlidir”. QAT Azərbaycan hakimiyyətini və cəmiyyətini Ermənistanın militarist hərəkətlərindən düzgün nəticə çıxarmağa çağırıb: “Hərbi gücünü artırmağa çalışan Ermənistana artıq vaxt vermədən, torpaqlarımızın hərbi yolla işğaldan azad olunması üçün qəti addımlar atılmalıdır. Düşmən öz niyyətlərindən geri çəkilmirsə, beynəlxalq təşkilatlar konkret addımlar atmaq istəmirsə, Azərbaycanın hərbdən başqa yolu qalmır”. /APA/
Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024
MSK sədri: Bu il noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
16:15
2 may 2024
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib
16:05
2 may 2024