Moldovanın “NIT” telekanalında Azərbaycan filmləri nümayiş etdirilir
08 yanvar 2007 10:51 (UTC +04:00)
Moldovanın “NIT” televiziya kanalında Azərbaycan filmləri nümayiş etdirilir. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Moldova Respublikasındakı səfirliyi ilə kanal rəhbərliyi arasında əldə olunmuş razılığa əsasən hər həftənin şənbə günü təxminən 3 saat Azərbaycan istehsalı olan sənədli və bədii filmlər nümayiş olunur. Layihə üç mərhələdən ibarətdir və müvafiq olaraq 7, 5 və 7 həftəni əhatə edir. Moldovanın ən nüfuzlu televiziya kanallarından biri hesab olunan “NIT”də indiyə qədər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş 4 sənədli film, 1988-ci ilin fevralında baş vermiş hadisələrdən bəhs edən “Sumqayıtın əks-sədası” sənədli filmi, Ermənistan-Azərbaycan münaqişəsi haqda həqiqətləri əks etdirən ekran əsərləri, o cümlədən “Fəryad” bədii filmi efirə verilib. Bundan başqa, telekanalda Azərbaycan musiqiləri də səsləndirilir. /APA/
Daxili siyasət
Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib
13:37
27 aprel 2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədləri dövlət torpaq kadastrına daxil ediləcək
15:54
26 aprel 2024
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaş qəbulu CƏDVƏLİ
09:31
26 aprel 2024
PA Vətəndaş Qəbulu Mərkəzində mayda vətəndaşların qəbulu cədvəli açıqlanıb
18:04
25 aprel 2024