Bank Of Baku

Ayaz Rüstəmov: “AMİP-in siyasi proseslərdə zəif iştirak etməsinin günahı məndə deyil”

Ayaz Rüstəmov: “AMİP-in siyasi proseslərdə zəif iştirak etməsinin günahı məndə deyil”
# 08 yanvar 2007 13:26 (UTC +04:00)
“AMİP-in siyasi proseslərdə zəif iştirak etməsinin günahı partiya sədri kimi məndə deyil. Obyektiv müşahidəçilər də deyə bilərlər ki, partiyada nankorların olduğu vaxtla müqayisədə AMİP-də iş indi daha yüksək səviyyədə qurulub”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov bildirib. Partiyanın digər strukturlarının da proseslərdə aktiv iştirakını zəruri sayan A. Rüstəmov sədr kimi öhdəsinə düşən işləri həyata keçirdiyini qeyd edib: “Bu gün aktiv fəaliyyət göstərə bilməmək təkcə AMİP-in problemi deyil. Cəmiyyətin özündə bir süstlük var. Digər tərəfdən isə bizim fəaliyyətimiz üçün normal şərait yoxdur. Heç bir dövlət qayğısı hiss etmirik”. A. Rüstəmov onun fəaliyyətindən narazı olan funksionerlərin fikirlərini təbii qarşıladığını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR