Bank Of Baku

İslamçılar qurultay keçirəcəklər, liberallar isə Milli Məclisin qərarını gözləməkdə davam edəcəklər

İslamçılar qurultay keçirəcəklər, liberallar isə Milli Məclisin qərarını gözləməkdə davam edəcəklər
# 08 yanvar 2007 14:17 (UTC +04:00)
Milli Məclis “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişiklikləri gecikdirdiyindən Azərbaycan İslam Partiyası növbəti qurultayını yaxın aylarda keçirmək niyyətindədir. Bu barədə APA-ya Azərbaycan İslam Partiyası (AİP) sədrinin müavini Rövşən Əhmədli məlumat verib. Onun sözlərinə görə, təşkilatın Həcc ziyarətində olan üzvləri səfərdən döndükdən sonra partiyanın Baş Məclisində bu məsələ müzakirə ediləcək və qurultayın vaxtı müəyyənləşdiriləcək.
Azərbaycan Liberal Partiyasının (ALP) sədr müavini Elxan Abbasov isə APA-ya bildirib ki, qanuna əlavə və dəyişikliklər edildikdən sonra partiyanın Nizamnaməsində də dəyişikliyə ehtiyac yaranacaq: “Hazırkı qanun 1992-ci ildə qəbul olunub və Liberal Partiyasının Nizamnaməsi də buna uyğun hazırlanıb. Qanuna dəyişikliklər edildikdən sonra yenidən qurultay keçirmək məcburiyyətində qalmamaq üçün partiyanın bu ali toplantısının vaxtı müəyyənləşdirilməyib”. ALP-nin sədrsiz fəaliyyət göstərməsinə gəldikdə, E. Abbasov burada heç bir problem olmadığını deyib: “Partiyanın lideri var və bu günə qədər təşkilatın idarəçiliyində heç bir çətinlik yaranmayıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR