Bank Of Baku

MSK-da Müsavat üçün ayrılmış bir yer parlamentdə azlıqda olan partiyalardan birinə verilə bilər

MSK-da Müsavat üçün ayrılmış bir yer parlamentdə azlıqda olan partiyalardan birinə verilə bilər
# 08 yanvar 2007 14:32 (UTC +04:00)
“Müsavat Partiyasının Mərkəzi Seçki Komissiyasına öz nümayəndəsini göndərməyəcəyi halda, onlar üçün ayrılmış bir yerin parlamentdə azlıqda qalan lakin MSK-da təmsil olunmayan digər partiyaya verilməsi mümkündür”. Bu açıqlamanı APA-ya MSK üzvü Fuad Cavadov verib. Onun sözlərinə görə, qanunda MSK-dakı yerlərin konkret ünvanlı şəkildə yox, parlamentdə çoxluqda, azlıqda olan partiyalar və bitərəflər arasında bərabər bölünməsi nəzərdə tutulub. Parlamentdə azlıqda olan bir neçə partiyanın MSK-da nümayəndəsinin olmadığını qeyd edən F. Cavadov bir yerin məhz həmin partiyalardan birinə veriləcəyini istisna etməyib: “Qanunda buna problem yaradacaq bir məqam yoxdur. Çünki həmin partiya könüllü olaraq bu yerdən imtina edib”. Müsavat başqanının müavini Mehman Cavadoğlu isə APA-ya açıqlamasında istənilən halda hazırkı prinsiplərlə formalaşmış seçki komissiyalarında iştirak etməyəcəklərini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR