Bank Of Baku

Müsavat Divanı partiyanın Mərkəzi İcra Aparatının Əsasnaməsini təsdiqləyib

Müsavat Divanı partiyanın Mərkəzi İcra Aparatının Əsasnaməsini təsdiqləyib
# 08 yanvar 2007 15:12 (UTC +04:00)
Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın Mərkəzi İcra Aparatının sədri Arif Hacılının APA-ya verdiyi məlumata görə, iclasda qərarların icra vəziyyəti və görülən işlər müzakirə edilib, partiyadaxili məsələlərə baxılıb. Partiyada uzun müddət mübahisə obyekti olmuş Mərkəzi İcra Aparatının Əsasnaməsi də iclasda müzakirə edilib. A. Hacılının sözlərinə görə, Divan partiya başqanının təsdiq etdiyi Əsasnaməni heç bir dəyişiklik etmədən olduğu kimi təsdiqləyib. İclasda həmçinin enerji daşıyıcılarının qiymətlərinin qalxması ilə bağlı Tarif Şurasının qərarı, Milli Ordudakı vəziyyət müzakirə edilib. Azərbaycan əsgərlərinin tez-tez Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülməsi ilə bağlı müzakirə aparan partiya rəhbərliyi Müsavat deputat qrupuna məsələ ilə bağlı Milli Məclisdə məsələ qaldırılmasını və xüsusi tədqiqat komissiyasının yaradılması təşəbbüsü ilə çıxış etməyi tövsiyə edib. Partiyanın Divan üzvü Vurğun Əyyub isə APA-ya açıqlamasında bildirib ki, Əsasnamədən narazı qaldığı məqamlar olub və həmin məsələlərlə bağlı öz narazılığını Divanın iclasında səsləndirib: “Mən Divanda səsləndirdiyim fikirləri mətbuatda bildirmək istəmirəm. Həmin narazılıqlar yenə də qalır. Əsas narazılığım isə bu Əsasnamənin Divanda müzakirə olunmadan qəbul edilməsi idi. Amma nəhayət ki, sənəd Divanda müzakitrə olundu və səs çoxluğu ilə qəbul edildi”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR