Bank Of Baku

İranın Xarici İşlər Nazirliyi Ayətullah Əli Xameneyinin vəfatı barədə yayılmış məlumatları təkzib edib

İranın Xarici İşlər Nazirliyi Ayətullah Əli Xameneyinin vəfatı barədə yayılmış məlumatları təkzib edib
# 08 yanvar 2007 15:28 (UTC +04:00)
İranın Xarici İşlər Nazirliyi (XİN) ölkənin dini lideri Ayətullah Əli Xameneyinin vəfatı barədə internetdə yayılmış məlumatları təkzib edib. APA-nın məlumatına görə, XİN-in mətbuat katibi Məhəmməd Əli Hüseyni bildirib ki, Ayətullah sağ-salamatdır və bəzi mənbələrin məlumatlarına baxmayaraq, onun həyatı üçün heç bir təhlükə yoxdur. O, İranın ali liderlərinin fəaliyyəti barədə informasiyaların qeyri-rəsmi mənbələrinə ehtiyatla yanaşmağa çağırıb. Onun sözlərinə görə, Ə.Xameneyinin vəfatı haqqında şayiələrə ABŞ Dövlət Siyasəti İnstitutunun əməkdaşlarından birinin internetdə yerləşdirdiyi məlumat səbəb olub. Xatırladaq ki, 67 yaşlı Ayətullah Əli Xameneyi 1989-cu ildən İran İslam Respublikasının dini lideridir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR