Yanvarın 11-də Avropa İnsan Hüquqları Məhkəməsində Sərdar Cəlaloğlunun Azərbaycan hökumətinə qarşı qaldırdığı iddia üzrə dinləmələr keçiriləcək
09 yanvar 2007 10:44 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-ya Avropa İnsan Hüquqları Məhkəməsinin nümayəndəsi Emma Xellqer verib. Onun sözlərinə görə, Sərdar Cəlaloğlu Azərbaycan hökumətinə qarşı İnsan Hüquq və Azadlıqları üzrə Avropa Konvensiyasının “saxlanma zamanı qeyri-humanist davranış” və “diskriminasiya siyasəti” maddələri üzrə iddia qaldırıb. İddia ərizəsində bildirilir ki, 2003-cü il oktyabrın 18-də bir qrup polis onun evinə soxulub, əsassız ittihamlarla onu həbs ediblər. Ərizədə polislərin Sərdar Cəlaloğlu ilə kobud davrandıqları iddia olunur. Emma Xellqerin sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsində qeyd olunan iddia ərizəsi ilə yanaşı Rusiya, Bolqarıstan, İtaliya, Fransa, Ukrayna, Almaniya, Xorvatiya, Yunanıstan və Ermənistan hökumətlərinə qarşı qaldırılmış iddia ərizələrinə baxılacaq. Ermənistana qarşı iddia ərizəsinin müəllifi Respublika Partiyasının sədri Armen Mkrtıçyandır. Dinləmələr Portuqaliyadan olan hakim Anxeuser Buçanın sədrliyi ilə keçiriləcək. Azərbaycan Respublikasının İnsan Hüquq və Azadlıqları üzrə Avropa Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov APA-ya bildirib ki, yanvarın 11-də Sərdar Cəlaloğlunun şikayəti üzrə qərar qəbul olunacağı barədə qeyri-rəsmi mənbələrdən məlumat alıb. Avropa Məhkəməsindən isə bu məsələ ilə bağlı Azərbaycan dövlətinə rəsmi məktub göndərilməyib. Qərarın Azərbaycan dövləti ilə Avropa Məhkəməsi arasında aparılan yazışmalar əsasında çıxarılacağını deyən Ç. Əsgərov bu işlə bağlı açıq məhkəmə iclasının keçirilməyəcəyini deyib. S. Cəlaloğlu İnsan Hüquq və Azadlıqları üzrə Avropa Konvensiyasının 3-cü (saxlanma zamanı pis rəftara məruz qalma) maddəsinin pozulmasından şikayətçidir. /APA/
Daxili siyasət
Deputat: Qazaxın 4 kəndinin qaytarılmasına dirəniş missiyasını indi də Qriqoryan kilsəsinə tapşırıblar
11:36
7 may 2024
Milli Məclis adından Mehriban Əliyevaya təbrik məktubu göndərilib
11:15
7 may 2024
Spiker: Heydər Əliyev böyük tarixi şəxsiyyətlərimizin dövlətçilik ənənələrini davam və inkişaf etdirib
11:09
7 may 2024
Milli Məclisin iclası başlayıb
11:00
7 may 2024