Müsavat Partiyasının başqanı İsa Qəmbər qiymətlərin qalxması ilə bağlı mətbuat konfransı keçirib
09 yanvar 2007 10:58 (UTC +04:00)
Enerji daşıyıcılarının və koomunal xidmətlərin qiymətlərinin qalxması ilə bağlı Müsavat Partiyasının başqanı İsa Qəmbər bu gün mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, İ. Qəmbər qiymətlərin qalxması ilə ölkədə şok vəziyyətin yarandığını bildirib. Əhalinin bir hissəsinin yoxsulluq həddində yaşadığını qeyd edən partiya başqanının sözlərinə görə, son qərar onların yaşayış səviyyəsinin daha da ağırlaşdıracaq. Partiya başqanı bir ay ərzinhdə ölkədə kütləvi aksiyaların keçirilməsini vacib hesab edib: “Müsavat Partiyası bu aksiyalara başlamağa hazırdır. Amma biz bütün müxalifət partiyalarının birgə aksiyalar keçirməsinin tərəfdarıyıq. Buna görə də digər partiyalarla müzakirələr aparıb uyğun vaxta aksiya təyin olunacaq”. İ. Qəmbər partiya liderləri arasında ilkin məsləhətləşmələrin olduğunu da qeyd edib. O, birgə aksiyanın baş tutmayacağı halda Müsavatın təkbaşına mitinqlər təyin edəcəyini bildirib. /APA/
Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024
MSK sədri: Bu il noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
16:15
2 may 2024
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib
16:05
2 may 2024