Bank Of Baku

Sülhməramlıların rotasiyası ilə əlaqədar bu gün Azərbaycan Ordusunun 6 əsgəri Əfqanıstana, 7-si isə Kosovaya yola salınıb

Sülhməramlıların rotasiyası ilə əlaqədar bu gün Azərbaycan Ordusunun 6 əsgəri Əfqanıstana, 7-si isə Kosovaya yola salınıb
# 10 yanvar 2007 15:12 (UTC +04:00)
Bu gün Əfqanıstan və Kosovada sülhməramlı qüvvələrin tərkibində xidmət edən əsgərlərin rotasiyası ilə əlaqədar 6 əsgər Əfqanıstana, 7 əsgər isə Kosovaya yola salınıb. Bu barədə APA-ya Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı mayor İlqar Verdiyev məlumat verib. İ.Verdiyevin sözlərinə görə, bundan əlavə, ötən həftə rotasiya ilə əlaqədar İraqa 90 əsgər göndərilib. Əfqanıstan, Kosova və İraqda xidmət müddətini başa vuran eyni sayda əsgər isə yaxın günlərdə Azərbaycana gələcək.
Qeyd edək ki, hazırda beynəlxalq sülhyaratma qüvvələrinin tərkibində Azərbaycan Silahlı Qüvvələrinin Kosovada 33, Əfqanıstanda 33, İraqda isə 150 hərbçisi xidmət edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR