Bank Of Baku

Naxçıvandan İrana gediş-gəliş üçün sadələşdirilmiş viza rejimi yaxın aylarda tətbiq ediləcək

Naxçıvandan İrana gediş-gəliş üçün sadələşdirilmiş viza rejimi yaxın aylarda tətbiq ediləcək
# 11 yanvar 2007 15:52 (UTC +04:00)
İrana gediş-gəliş üçün Naxçıvan Muxtar Respublikasının sakinlərinə sadələşdirilmiş viza rejiminin yaxın aylarda tətbiqinə başlayacaq. Bu barədə APA-ya Naxçıvan MR-in Bakıdakı nümayəndəsi Rəşad Qulamov məlumat verib. R.Qulamov bildirib ki, hazırda İranın müvafiq qurumları sadələşdirilmiş viza rejiminin tətbiqinə dair imzalanan memorandum üzərində qiymətləndirmə işi aparır. Azərbaycan tərəfi isə bunun bütün texniki və təşkilati tərəflərini hazırlayıb.
Qeyd edək ki, hazırda Naxçıvan sakinləri İrana ildə 4 dəfə pulsuz gedib-gələ bilir. Sadələşdirilmiş viza rejimi tətbiq olunandan sonra ildə 12 dəfə pulsuz gediş-gəliş tətbiq olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR