Bank Of Baku

AXCP qərargah almaq üçün partiya üzvlərindən ianələr toplaya bilər

AXCP qərargah almaq üçün partiya üzvlərindən ianələr toplaya bilər
# 11 yanvar 2007 15:54 (UTC +04:00)
AXCP rəhbərliyi şəhərin mərkəzində qərargah üçün yer tapacağı təqdirdə partiya üzvlərindən ianələr toplaya bilər. Bunu APA-ya partiya Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli deyib. O, hazırda şəhərin müvafiq yerində icarəyə götürmək və ya satın almaq üçün ofis axtardıqlarını bildirib. Hələlik heç bir nəticə olmadığını söyləyən Ali Məclis sədrinin sözlərinə görə, bir sıra ofis sahibləri öz binalarını AXCP-yə icarəyə verməkdən çəkinirlər: “Biz bir daha qərargahdan çıxmaq təhlükəsi ilə üzləşməmək üçün ofis almaq niyyətindəyik. Amma partiyanın belə bir maddi imkanı yoxdur. Ona görə də ofis alınması ilə bağlı partiya üzvlərinə müraciət oluna bilər”. Ali Məclis sədri AXCP-nin 400 min dollarıq qərargah almaq niyyətində olması ilə bağlı məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR