Bank Of Baku

Xankəndi Dairə Seçki Komissiyası erməni əsilli Azərbaycan vətəndaşlarına müraciət edəcək

Xankəndi Dairə Seçki Komissiyası erməni əsilli Azərbaycan vətəndaşlarına müraciət edəcək
# 11 yanvar 2007 16:13 (UTC +04:00)
122 saylı Xankəndi Dairə Seçki Komissiyasının (DSK) seçki məntəqələri yanvarın 15-dən seçici siyahılarının dəqiqləşdirilməsi işinə başlayacaq. Bu barədə APA-ya DSK-nın sədri Allahverdi Doluxanov məlumat verib. Onun sözlərinə görə, DSK-nın 10 məntəqəsi fəaliyyət göstərir ki, bunun da 5-i bölgələrdə yerləşir. Ümumilikdə isə xankəndlilər ölkənin 40 rayonunun ərazisində yaşayırlar. O, siyahıların dəqiqləşdirilməsi üçün DSK-ya dövlət tərəfindən yanacaq veriləcəyini də qeyd edib. A.Doluxanov siyahıların dəqiqləşməsinin bir ay müddətində davam edəcəyini və bu zaman erməni əsilli Azərbaycan vətəndaşlarının da siyahıya salınması üçün iş görüləcək: “Bununla bağlı biz ilk növbədə həmin vətəndaşlara rəsmi müraciət etmək niyyətindəyik. Amma bu müraciəti dövlət rəhbərliyi ilə razılaşdırandan sonra edəcəyik. Təkcə erməni əsilli vətəndaşlara deyil, bu ərazidə qeydiyyatda olan rus və digər millətlərin nümayəndələrinə də müraciət olunacaq. Biz, həmçinin, Rusiya ərazisində yaşayan ermənilərlə də əlaqə qurmağa və onların adının seçici siyahılarına salınmasına çalışacağıq”. A.Doluxanov müraciətin yaxın bir ay ərzində ediləcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR