Bank Of Baku

Misir Mərdanov Almaniya səfirini qəbul edib

Misir Mərdanov Almaniya səfirini qəbul edib
# 11 yanvar 2007 16:13 (UTC +04:00)
Təhsil naziri Misir Mərdanov Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stankinanı qəbul edib. APA-nın məlumatına görə, nazir son illər alman dilinin tədrisi üzrə görülmüş işlərdən söz açıb, Azərbaycanda bu dilə marağın getdikcə artdığını bildirib. Nazir bir neçə il əvvəl Boxum Universitetinin professoru, xanım İnqe Kristina Şverfeygerlə görüşərək Bakının orta ümumtəhsil məktəblərində alman dilinin tədrisinin genişləndirilməsi ilə bağlı söhbət apardıqlarını bildirib. O, həmin danışıqların nəticəsi olaraq Bakının 6 orta ümumtəhsil məktəbində alman dilinin tədrisi istiqamətində iş aparıldığını səfirin diqqətinə çatdırıb. M. Mərdanov iki ölkə arasında bağlanan müqavilə əsasında Almaniyaya təhsil almağa gedən Kənd Təsərrüfatı Akademiyası tələbələrinin artıq vətənə döndüklərini söyləyib. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində daha ciddi işlər görülməsinin vacibliyini vurğulayan diplomat isə bu istiqamətdə səylərini əsirgəməyəcəyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR