Bank Of Baku

“Miqrasiya haqqında” qanunun tətbiqi ilə əlaqədar Rusiyada yaşayan azərbaycanlılara kömək məqsədi ilə yaradılan qərargaha 500-dən artıq müraciət daxil olub

“Miqrasiya haqqında” qanunun tətbiqi ilə əlaqədar Rusiyada yaşayan azərbaycanlılara kömək məqsədi ilə yaradılan qərargaha 500-dən artıq müraciət daxil olub
# 12 yanvar 2007 09:01 (UTC +04:00)
Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin 1-ci Ərazi Dairəsinin rəisi Şakir Səlimov məlumat verib. Ş.Səlimovun sözlərinə görə, soydaşlarımızın müraciətləri, əsasən, sənədlərin qaydaya salınması ilə bağlıdır. Dairə rəisi deyib ki, qərargaha müraciət edənlərin problemləri yerində araşdırılır və onlara yardım edilir. Ş.Səlimov, həmçinin, Moskvada azərbaycanlılara ümumvətəndaşlıq pasportlarının verilməsinə başlandığını bildirib: “Soydaşlarımıza pasportların verilməsi Moskvada Azərbaycanın Rusiyadakı səfirliyində, Sankt-Peterbruqda isə Azərbaycanın bu ölkədəki Baş Konsulluğunda həyata keçirilir”.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyada yaşayan azərbaycanlıların pasport probleminin operativ həll edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları Moskvaya və Sankt-Peterbruqa ezam olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR