Bank Of Baku

Yanvarın 20-də əhalinin Şəhidlər Xiyabanını ziyarət i ilə bağlı plan hazırlanıb

Yanvarın 20-də əhalinin Şəhidlər Xiyabanını ziyarət i ilə bağlı plan hazırlanıb
# 12 yanvar 2007 10:00 (UTC +04:00)
Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Şamil Seyidli məlumat verib. Onun sözlərinə görə, faciənin ildönümü ilə bağlı Şəhidlər Xiyabanı ətrafında ictimai təhlükəsizliyinin təmin olunması üçün plan tərtib olunub və ərazinin sxemi çəkilib. Ş.Seyidli deyib ki, yanvarın 20-si saat 8.00-dan 18.00-dək Əzizbəyov heykəli istiqamətindəki bütün küçələrdə, o cümlədən Mehdi Hüseyn küçəsindən Şəhidlər Xiyabanı və Badamdar qəsəbəsindən Şəhidlər Xiyabanı istiqamətində avtomobilin hərəkəti dayandırılacaq. Ziyarətçilər Əzizbəyov heykəlinin yanından Parlament prospekti ilə Şəhidlər Xiyabanına doğru hərəkət edəcək, ziyarət etdikdən sonra isə “40 pilləkən”lə (Funikulyorun yanı) “Azneft” Meydanına çıxacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR