Bank Of Baku

Xocalı faciəsinin soyqırım kimi tanınması üçün vətəndaşlardan 1 milyon imza toplanıb

Xocalı faciəsinin soyqırım kimi tanınması üçün vətəndaşlardan 1 milyon imza toplanıb
# 12 yanvar 2007 10:23 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Xocalı faciəsinin soyqırım kimi tanınması üçün vətəndaşlardan bu vaxta qədər bir milyon imza toplayıb. APA-nın xəbərinə görə, bu barədə təşkilat rəhbərliyinin keçirdiyi mətbuat konfransında məlumat verilib. AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyovun sözlərinə görə, imza toplanması kampaniyası Azərbaycanın bütün regionlarında keçirilib. Bu işə 2006-cı ilin əvvəllərindən başladıqlarını deyən təşkilat təmsilçisi prosesin davam etdiriləcəyini vurğulayıb. Onun sözlərinə görə, toplanmış imzalar ilk olaraq Azərbaycan parlamentinə təqdim olunacaq. Daha sonra isə bununla bağlı bütün dünya parlamentlərinə vətəndaşlar adından müraciət ünvanlanacaq. Mətbuat konfransının sonunda Azərbaycan Milli Məclisinə müraciət qəbul olunub. Müraciətdə Xocalı faciəsi zamanı baş verən insan itkisi haqqında məlumat verilib və parlamentin bu hadisəni soyqrım kimi rəsmən tanıması xahiş edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR