Bank Of Baku

Alan Vaddams: “Azərbaycanda Avropa İttifaqının nümayəndəliyinin açılması çox vacibdir”

Alan Vaddams: “Azərbaycanda Avropa İttifaqının nümayəndəliyinin açılması çox vacibdir”
# 12 yanvar 2007 10:33 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında xüsusi elçi Alan Vaddams deyib. Azərbaycanla Aİ arasında münasibətlərin inkişaf etdiyini, artıq Aİ ilə Azərbaycan arasında Fəaliyyət Planının qəbul edildiyini qeyd edən diplomat ölkəmizdə səfirlik statusunda nümayəndəliyin açılmasını çox vacib sayır.
Özünün bu nümayəndəliyə rəhbər təyin olunmasının mümkünlüyünə münasibət bildirən A.Vaddams deyib ki, bu məsələ hələlik dəqiqləşməyib: “Müəyyən prosedurlar həyata keçirilməlidir”. Diplomat xatırladıb ki, onun xüsusi elçi kimi əsas vəzifəsi Azərbaycan hökuməti ilə əlaqə yaratmaq və nümayəndəliyin açılmasına yardım etməkdir.
Xatırladaq ki, Aİ nümayəndəliyinin bu ilin birinci yarısında açılacağı gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR