Bank Of Baku

Müsavat Partiyası yürüş-mitinqlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib

Müsavat Partiyası yürüş-mitinqlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib
# 12 yanvar 2007 11:26 (UTC +04:00)
Müsavat Partiyası yanvarın 28-də Xətai rayonu ərazisində keçirməyi planlaşdırdığı kütləvi etiraz aksiyası ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, aksiyanın metronun “Həzi Aslanov” stansiyasının yaxınlığından yürüşlə başlaması və “Ukrayna” dairəsində mitinqlə davam etməsi nəzərdə tutulub. A. Hacılının sözlərinə görə, yürüş-mitinqə razılıq verilməməsi üçün heç bir əsas yoxdur. O qeyd edib ki, aksiyaya razılıq verilməsə, partiya rəhbərliyi müzakirələrdən sonra müvafiq qərar verəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR