Bank Of Baku

Azərbaycan Cənubi Qafqazda qadınların vəziyyəti ilə bağlı AŞPA-nın məruzəsinin bir neçə bəndi ilə razı deyil

Azərbaycan Cənubi Qafqazda qadınların vəziyyəti ilə bağlı AŞPA-nın məruzəsinin bir neçə bəndi ilə razı deyil
# 12 yanvar 2007 13:17 (UTC +04:00)
Azərbaycan Cənubi Qafqazda qadınların vəziyyəti ilə bağlı Avropa Şurası Parlament Assambleyasının rusiyalı üzvü Vera Oskinanın hazırladığı məruzənin bir neçə bəndi ilə razı deyil. Bu barədə APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Elmira Axundova deyib. Deputat bildirib ki, yanvarın 15-də Parisdə keçiriləcək AŞPA Qadınlar və Kişilərin Hüquqlarının Bərabərliyi Komitəsinin yığıncağında iştirak edəcək. İclasda V.Oskinanın Cənubi Qafqazda qadınların vəziyyəti ilə bağlı məruzə də müzakirə olunacaq: “Azərbaycan məruzə ilə bağlı iradlarını AŞPA-ya çatdırıb, məruzəçi onların bir qismi ilə razıdır. Parisdə çalışacağam ki, digər iradların da nəzərə alınmasına nail olum”. Deputat bildirib ki, məruzə Komitədə qəbul edilsə, Assambleyanın qış sessiyasının gündəliyinə salınacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR