Bank Of Baku

Kommunist partiyaları arasında qarşıdurma davam edir

Kommunist partiyaları arasında qarşıdurma davam edir
# 12 yanvar 2007 13:51 (UTC +04:00)
“Özünü Kommunist Partiyası kimi cəmiyyətə sırımaq istəyən təşkilatlar əslində 10-15 nəfərin toplaşdığı qruplardır. Ölkədə yalnız bir Kommunist Partiyası var, o da Ramiz Əhmədovun sədrlik etdiyi Azərbaycan Kommunist Partiyasıdır”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Kommunist Partiyası (AKP) sədrinin müavini Rauf Qurbanov deyib. Onun sözlərinə görə, bu gün nə Telman Nurullayevin, nə Sayad Sayadovun, nə də Musa Tukanovun rəhbərlik etdiyi təşkilatlar Azərbaycan kommunistlərini siyasi səhnədə təmsil edə bilməzlər: “Onları Bakıdan kənarda heç kim tanımır. Paytaxtdan başqa respublikanın heç bir rayonunda şöbələri yoxdur. Ramiz Əhmədovun rəhbərlik etdiyi Kommunist Partiyası isə bütün Azərbaycanda qəbul edilir”. Azərbaycan Kommunist Partiyası (leninizm-marksizm platformasında) Mərkəzi Komitəsinin birinci katibi Telman Nurullayev isə Rauf Qurbanovun söylədiklərini cəfəngiyat adlandırıb. O, R. Əhmədovun sədri olduğu AKP-də daxili çəkişmələrin gücləndiyini və prosesin parçalanma ilə nəticələnəcəyini bildirib: “Bu gün AKP-də Ramiz Əhmədovun xəstəliyindən istifadə edib partiyanın sədri vəzifəsini ələ keçirmək istəyən qruplar arasında ciddi qarşıdurma yaranıb. Partiyanın qurultayı yaxınlaşdıqca vəziyyət daha çox gərginləşəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR