Bank Of Baku

“Azadlıq” bloku qiymətlərin qaldırılması ilə bağlı dəyirmi masa keçirib

“Azadlıq” bloku qiymətlərin qaldırılması ilə bağlı dəyirmi masa keçirib
# 12 yanvar 2007 09:47 (UTC +04:00)
“Azadlıq” bloku “Enerji daşıyıcılarının qiymətlərinin və kommunal haqlarının qaldırılmasının sosial-iqtisadi proseslərə təsiri” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə bloku təmsil edən siyasətçilər, QHT rəhbərləri və iqtisadçılar iştirak edib. AXCP sədri Əli Kərimli bildirib ki, enerji daşıyıcılarının qiymətinin qaldırılmasının heç bir iqtisadi səbəbi yoxdur. O, “Azadlıq” blokunun kütləvi aksiyaları zəruri hesab etdiyini, mitinqlər keçiriləcəyini bildirib. Blokun iqtisadiyyat komissiyasının sədri Nemət Əliyev tədbirdə məruzə ilə çıxış edib və qiymət artımının ümumilikdə bazara təsir edəcəyini bildirib. O, ölkədə bütün sahələr üzrə qiymətlərin 40 faiz qalxacağının gözlənildiyini iddia edib. ALP-nin sədr əvəzi Əvəz Temirxan, politoloq Zəfər Quliyev, AXCP sədrinin müavini Fuad Mustafayev, ADP Ali Məclisinin sədri Akif Şahbazov və digər çıxışçılar qiymət artımını pisləyiblər. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev müxalifətin xalqdan bir qədər uzaq düşdüyünü, yaranmış şəraitdən istifadə edərək xalqla işləməyin vacib olduğunu deyib. ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu isə vətəndaşların bahalaşmaya müxtəlif formalarda etiraz etməsinin vacibliyini qeyd edib. Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva da cəmiyyətin məsələyə münasibəti bildirməsinin zəruriliyini diqqətə çatdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR