Bank Of Baku

Separatçılar ötən il daimi yaşayış məqsədilə Dağlıq Qarabağda 1000 nəfərin məskunlaşdığını bildirirlər

Separatçılar ötən il daimi yaşayış məqsədilə Dağlıq Qarabağda 1000 nəfərin məskunlaşdığını bildirirlər
# 12 yanvar 2007 14:32 (UTC +04:00)
“2006-cı ildə daimi yaşayış məqsədilə Dağlıq Qarabağda 1000 nəfər məskunlaşıb”. APA-nın “Regnum” agentliyinə istinadən verdiyi məlumata görə, bunu qondarma “DQR hökuməti yanında Miqrasiya, qaçqınlar və köçkünlərin məsələsi üzrə idarə”nin rəisi Pavel Nacaryan bildirib. Onun sözlərinə görə, məskunlaşma davam edir və Rusiyadan, Ukraynadan, Orta Asiyadan insanlar yaşamaq üçün Dağlıq Qarabağa gəlirlər: “Biz gəlmək istəyənlərin hamısını qəbul etməyə və onlara müvafiq şərait yaratmağa hazırıq”. Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat mərkəzinin rəhbəri Mətin Mirzə isə APA-ya bildirib ki, Bakı həmişə olduğu kimi, indi də Dağlıq Qarabağda süni məskunlaşdırmanın qəti əleyhinədir və dəqiq informasiyalara malik olduqda bu haqda beynəlxalq təşkilatları məlumatlandırır. Onun fikrincə, separatçı rejim nümayəndəsinin söylədikləri inandırıcı deyil: “Əgər Dağlıq Qarabağda vəziyyət yaxşı olsaydı, ölkələrini tərk edən Ermənistan vətəndaşları müxtəlif xarici dövlətlərə yox, elə ora üz tutardılar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR