Bank Of Baku

İşğal altında olan Azərbaycan torpaqlarında qondarma referendum keçirilməsi ilə bağlı AŞ PA Nazirlər Komitəsinə sorğu göndərilib

İşğal altında olan Azərbaycan torpaqlarında qondarma referendum keçirilməsi ilə bağlı AŞ PA Nazirlər Komitəsinə sorğu göndərilib
# 12 yanvar 2007 15:07 (UTC +04:00)
Bu barədə APA-ya məlumat verən Q.Paşayevanın sözlərinə görə, “Ermənistan rəhbərliyinin Ermənistan-Azərbaycan arasında davam etməkdə olan sülh prosesini zəiflətməyə yönəlmiş fəaliyyəti haqqında” adlanan sorğuda Azərbaycanın işğal olunmuş ərazisində - Dağlıq Qarabağda dekabrın 10-da Ermənistan tərəfindən yaradılan qanunsuz hərbi rejimin Konstitusiyaya dair “qondarma referendum” keçirdiyi və bu addımın Azərbaycan Konstitusiyası və beynəlxalq hüquq norma və prinsiplərini birbaşa pozduğu, davam edən sülh prosesinin təhlükə altında qoyduğu əks olunub. Sənəddə deyilir: “Qondarma referendum və onun nəticələrinin hüquqi qüvvəsi yoxdur və bu, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasını, Dağlıq Qarabağda və digər işğal altında olan ərazilərdə qeyr-erməni əhalisinə qarşı apardığı etnik təmizləmədən xəbərdar olan beynəlxalq ictimaiyyəti çaşdırmamalıdır. Burda yaşayan əhaliyə gələcəkdə özünüidarə hüququ verilməsini nəzərdə tutan konstitusion sənəd ancaq regionun hər iki-həm azərbaycanlı, həm də erməni icmasının tam, bərabər və birbaşa iştirakı ilə hüquqi, demokratik və dinc şəkildə qəbul oluna bilər. Avropa Şurası, Avropa İttifaqı və ATƏT kimi bir çox beynəlxalq təşkilatın xəbərdarlığına baxmayaraq, Ermənistan tərəfinin keçirdiyi “referendum” münaqişənin həlli istiqamətində aparılan danışıqlara xələl gətirir. Biz düşünürük ki, Robert Köçəryan keçilmiş “referendum” münasibətilə təbrik məktubu göndərməklə, münaqişənin sülh yolu ilə həll olunmasına istiqamətlənmiş diplomatik danışıqlar prosesinə xələl gətirən destruktiv addım atıb. ATƏT-in Minsk Qrupunun bəyanatında deyildiyi kimi, “Azərbaycan və Ermənistan arasında ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqların konstruktiv məcraya düşmək istədiyi bir vaxtda belə bir referendum keçirmək xüsusi ilə yersizdir və prosesi ləngidir. Ermənistan rəhbərliyi qəsdən beynəlxalq ictimaiyyətin qərarlarına, o cümlədən AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1416 saylı qətnaməsinə əhəmiyyət vermir, sülh prosesinə əngəl törədir”.
Qənirə Paşayeva müraciətində Ermənistanın addımlarının müzakirə olunmasını, məsələyə hüquqi və siyasi qiymət verilməsini istəyib. Bundan başqa, millət vəkili NK-dan səlahiyyətində olan effektiv mexanizmdən istifadə edərək, Ermənistanın gələcəkdə regionda uzunmüddətli sülhün bərqərar olmasına mane olan və 1416 saylı qətnaməyə zidd fəaliyyətinin qarışını almamasının səbəblərini soruşub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR