Bank Of Baku

Sərdar Cəlaloğlu: ““Azadlıq” bloku Müsavat Partiyası ilə birlikdə mitinq keçirmək niyyətində deyil”

Sərdar Cəlaloğlu: ““Azadlıq” bloku Müsavat Partiyası ilə birlikdə mitinq keçirmək niyyətində deyil”
# 12 yanvar 2007 16:17 (UTC +04:00)
““Azadlıq” bloku Müsavat Partiyası ilə birlikdə mitinq keçirmək niyyətində deyil. Bu qüvvələrin ayrı-ayrılıqda aksiyalar keçirməsi daha məqbuldur”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu bildirib. Hər partiyanın öz etirazını istədiyi kimi ifadə etməsini vacib sayan S.Cəlaloğlunun fikrincə, bu gün bir yerdə ola biləcək müxalifət bir yerdədir: ““Azadlıq” blokundan kənarda olan müxalifət tamamilə fərqli müxalifətdir. Bu fərq özünü hakimiyyətə münasibətdə, baş verən hadisələrə reaksiyada, siyasi taktikada göstərir. Hansı yerdə görünüb ki, müxalifət partiyaları mütləq bir yerdə aksiya keçirməlidir? Bizim ölkədə gedən hadisələrə baxışımız, taktikamız fərqlidir. Nə olar ki, hamımız özümüzü müxalifət adlandırırıq?”
S.Cəlaloğlu indiki halda Müsavatla “Azadlıq” blokunun baxışlarındakı fərqlərə də aydınlıq gətirib: “Müsavat deyir ki, hökumət harada desə, orada mitinq keçirəcəklər. Elə isə qiymətlər qalxıb, Müsavat bununla razılaşın də... Məntiq bunu deyir. İkincisi, Müsavat deyir ki, hakimiyyət icazə verməsə, mitinq keçirməyəcək. Biz isə hesab edirik ki, aksiya haqda qərar verilibsə, mütləq keçirilməsinə çalışılmalı, icazəli və icazəsiz olub-olmamasına fərq qoyulmamalıdır. İndiyə qədər Müsavat dəfələrlə mitinq təyin edib, amma sonradan təxirə salıb. Bu addım mitinqi nüfuzdan salır. Kim belə yol gedirsə, səhv edir. Şəxsən biz ADP olaraq, həmişə öz bildiyimiz yerdə aksiya keçirməyə çalışmışıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR