Bank Of Baku

Parisdə AŞPA-nın Qadınlar və kişilər üçün bərabər imkanlar Komitəsinin iclası keçiriləcək

Parisdə AŞPA-nın Qadınlar və kişilər üçün bərabər imkanlar Komitəsinin iclası keçiriləcək
# 13 yanvar 2007 09:03 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundova Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Qadınlar və kişilər üçün bərabər imkanlar Komitəsinin iclasında iştirak etmək məqsədilə Parisə yola düşüb.
Milli Məclisdən APA-ya verilən məlumata görə, iclasda Cənubi Qafqazda qadınların vəziyyəti, Avropa Şurasının qadınlara qarşı zorakılıqla mübarizə tədbirləri, qadın yoxsulluğu, vətəndaş bərabərliyi prinsipləri, Avropada insan haqları və demokratiya ilə bağlı vəziyyət müzakirə olunacaq. E.Axundova müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək.
Qeyd edək ki, səfər yanvarın 16-da başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR