Bank Of Baku

Bakı Şəhər Baş Polis İdarəsi paytaxt meriyasının mitinqlərlə bağlı çıxaracağı qərarı gözləyir

Bakı Şəhər Baş Polis İdarəsi paytaxt meriyasının mitinqlərlə bağlı çıxaracağı qərarı gözləyir
# 13 yanvar 2007 09:49 (UTC +04:00)
Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Şamil Seyidli məlumat verib. Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin mitinq keçirmək istəyi ilə bağlı müraciətinə müsbət cavab versə, polis aksiya iştirakçılarının təhlükəsizliyini təmin edəcək: “Bakı Şəhər İcra Hakimiyyəti mitinq, küçə yürüşləri, eləcə də digər etiraz aksiyalarının keçirilməsi ilə bağlı konkret ünvanlar müəyyənləşdirib. Müxalifətin mitinqi müəyyən olunmuş yerlərdə keçirilərsə, biz aksiya iştirakçılarının təhlükəsizliyini təmin edəcəyik. Əgər mitinqin keçirilməsinə icazə verilməsə polis qüvvələri istənilən icazəsiz etiraz aksiyasının qarşısını qətiyyətlə alacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR