Bank Of Baku

ADP sədrinin müavini Yaqub Abbasov: “ADP hakimiyyətlə əməkdaşlıq etməkdə maraqlıdır, bu istiqamətdə mümkün addımlar atılacaq”

ADP sədrinin müavini Yaqub Abbasov: “ADP hakimiyyətlə əməkdaşlıq etməkdə maraqlıdır, bu istiqamətdə mümkün addımlar atılacaq”
# 13 yanvar 2007 10:16 (UTC +04:00)
Bu fikirləri APA-ya açıqlamasında ADP sədrinin müavini Yaqub Abbasov bildirib. Y. Abbasovun sözlərinə görə, partiyanın 2007-ci il üçün müəyyənləşdirəcəyi 3 əsas istiqamətdən biri də məhz hakimiyyətlə əməkdaşlığın edilməsi olacaq: “Keçmişdə baş vermiş bütün qarşıdurmaları kənara qoyub hər şeyə yenidən başlamaq lazımdır. Hakimiyyətdə də bunu istəyən qüvvələr var. Müxalifətlə iş görmək istəyən kifayət qədər adam var və hakimiyyətlə müxalifət birgə addım atsa, o zaman Azərbaycan ciddi uğurlar əldə edə bilər”. Y. Abbasovun sözlərinə görə, hakim partiya ilə müxalifət partiyaları xarici təşkilatların təzyiqi olmadan bir masanın ətrafında əyləşməyi bacarmalıdırlar. Amma o bu danışıqlara həm müxalifət, həm də hakimiyyət daxilində mane olan ayrı-ayrı şəxslərin olduğunu da qeyd edib. Sədr müavininin fikrincə, vaxtilə bir-birinə qarşı olan şəxslərin düşmən münasibəti dialoqun baş tutmasına imkan vermir.
Y. Abbasov onu da qeyd edib ki, yanvarın sonunda partiyanın Ali Məclisinin növbəti iclası keçiriləcək və iclasda 2007-ci ilin fəaliyyət istiqamətləri müzakirə olunacaq: “Məclisin kifayət qədər gərgin keçəcəyi gözlənilir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR