Bank Of Baku

“Azadlıq” bloku yanvarın 26-na təyin etdiyi aksiyanın yerinin müəyyənləşdirilməsini Mitinq Komitəsinə həvalə edib

“Azadlıq” bloku yanvarın 26-na təyin etdiyi aksiyanın yerinin müəyyənləşdirilməsini Mitinq Komitəsinə həvalə edib
# 13 yanvar 2007 10:25 (UTC +04:00)
“Azadlıq” bloku yanvarın 26-na təyin etdiyi aksiyanı şəhərin 10 müxtəlif meydanında keçirmək niyyətindədir. Bu barədə APA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Həsən Kərimov məlumat verib. Onun sözlərinə görə, blokun Sədrlər Şurası aksiyanın yerinin müəyyənləşdirilməsini Mitinq Komitəsinə həvalə edib: “Aksiyanın keçirilməsi üçün müəyyən olanacaq yerin sayı 10-dan az olmayacaq. Bu yerlərin siyahısında Füzuli meydanı, Gənclik metrostansiyası, Səməd Vurğun bağı, Nərimanov kinoteatrının qarşısı, Bakı şəhər İcra Hakimiyyətinin, İqtisadi İnkişaf Nazirliyinin qarşısı və digər yerlər var. Gələn həftə aksiya ilə bağlı şəhər rəhbərliyinə müraciət olunacaq”. H. Kərimov onu da qeyd edib ki, blok şəhər rəhbərliyinin cavabından asılı olmayaraq, aksiyanı keçirməkdə israrlıdır.
Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Şamil Seyidli isə APA-ya bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin mitinq keçirmək istəyi ilə bağlı müraciətinə müsbət cavab verəcəyi təqdirdə polis aksiya iştirakçılarının təhlükəsizliyini təmin edəcək: “Bakı Şəhər İcra Hakimiyyəti mitinq, küçə yürüşləri, eləcə də digər etiraz aksiyalarının keçirilməsi ilə bağlı konkret ünvanlar müəyyənləşdirib. Müxalifətin mitinqi müəyyən olunmuş yerlərdə keçirilərsə, biz aksiya iştirakçılarının təhlükəsizliyini təmin edəcəyik. Əgər mitinqin keçirilməsinə icazə verilməsə polis qüvvələri istənilən icazəsiz etiraz aksiyasının qarşısını qətiyyətlə alacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR