Bank Of Baku

Rusiyada Ticarətlə Məşğul olan Azərbaycan Vətəndaşlarının Problemlərinin Öyrənilməsi və Həlli üzrə Dövlət Komissiyasının tədbirlər planı təsdiqlənib

Rusiyada Ticarətlə Məşğul olan Azərbaycan Vətəndaşlarının Problemlərinin Öyrənilməsi və Həlli üzrə Dövlət Komissiyasının tədbirlər planı təsdiqlənib
# 13 yanvar 2007 13:15 (UTC +04:00)
Dövlət Komissiyasının Katibliyindən APA-ya verilən məlumata görə, iclasda komissiyanın tədbirlər planının layihəsi müzakirə edilərək, təsdiq olunub.
Komissiyanın nəzdində fəaliyyət göstərən İşçi qrupun rəhbəri, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Rusiya Federasiyası hökumətinin xarici ölkə vətəndaşlarının əmək fəaliyyəti ilə, o cümlədən ticarətlə məşğul olmasına dair qəbul etdiyi qərarların tətbiqinin Rusiyada işləyən Azərbaycan vətəndaşları üçün yarada biləcəyi problemlərin öyrənilməsi və həll edilməsi məqsədilə görülmüş işlərdən danışıb. Qısa müddətdə Moskvada və Rusiyanın digər regionlarında Azərbaycanın bu ölkədəki səfirliyinin, diaspora nümayəndələrinin təmsilçiliyi ilə qərargahlar təşkil edildiyi, onların Bakıda fəaliyyət göstərən İşçi qrupu ilə əlaqəsinin təmin olunduğu vurğulanıb.
İclasda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, daxili işlər naziri Ramil Usubov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Rusiyanın müvafiq dövlət qurumlarının rəhbərləri ilə səmərəli danışıqlar apardıqları, qarşıya çıxan problemlərin həlli üçün birgə tədbirlərin görülməsi haqqında razılıq əldə olunub. İşçi qrupu Rusiyada miqrantlarla bağlı qanunvericilik aktları öyrənilib, işləməyə gedənlər üçün zəruri izahatların əks olunduğu bukletlər hazırlanıb. Daxili işlər naziri Ramil Usubov Rusiyada əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşlarına pasportların verilməsi məsələsinin həlli üçün DİN əməkdaşlarının Moskva və Peterburq şəhərlərinə ezam olunduğunu bildirərək, bu işin Rusiyanın digər regionlarında da həyata keçirilməsi üçün təkliflər verildiyini vurğulayıb. Xarici işlər naziri Elmar Məmmədyarov və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da tədbirlər planında nəzərdə tutulmuş işlərin, habelə qaldırılmış digər məsələlərin həyata keçirilməsi üçün konsulluq fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat veriblər. Dövlət Komissiyası tədbirlər planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün maliyyə vəsaitinin ayrılması qaydası haqqında, miqrantlar üçün yaddaş bukletlərinin yayılması haqqında qərarlar qəbul edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR