Bank Of Baku

Belarusun Nümayəndələr Palatası Azərbaycanla vizasız gediş-gəliş haqqında sazişi müzakirə edəcək

Belarusun Nümayəndələr Palatası Azərbaycanla vizasız gediş-gəliş haqqında sazişi müzakirə edəcək
# 15 yanvar 2007 11:09 (UTC +04:00)
Belarusun Azərbaycandakı səfirliyindən APA-ya bildiriblər ki, Belarusun baş nazirinin müavini Andrey Kobəkov və Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən imzalanmış sənəd Azərbaycan tərəfindən artıq ratifikasiya olunub. Belarusun Nümayəndələr Palatasında sənəd təsdiq olunandan sonra parlamentin yuxarı palatası Respublika Şurasına təqdim edəcək, sonra isə sənəd Belarus prezidenti tərəfindən imzalanacaq. Səfirlikdən onu da bildiriblər ki, Belarusla Azərbaycan arasında hazırda viza rejimi mövcud deyil, 1992-ci ildəki Bişkek sazişi çərçivəsində hər iki ölkəyə vizasız gediş-gəliş mövcuddur. Müzakirə olunan sənəd sadəcə bu əlaqələri daha da möhkəmləndirməyə xidmət edir. Səfirlikdən o da vurğulanır ki, MDB ölkələri arasında Belarus yalnız Türkmənistanla viza rejimi tətbiq edir, bunun təşəbbüskarı isə Türkmənistan özü olub.
Qeyd edək ki, Belarusla Azərbaycan arasında vətəndaşların bir ölkədən o birisinə vizasız gedib-gəlməsi haqqında saziş 2006-cı ilin mayın 15-də hökumətlərarası iqtisadi komissiyanın iclası çərçivəsində imzalanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR