Bank Of Baku

ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu Avropa Məhkəməsinin onun şikayəti ilə bağlı çıxardığı qərarı şərh edib

ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu Avropa Məhkəməsinin onun şikayəti ilə bağlı çıxardığı qərarı şərh edib
# 15 yanvar 2007 11:16 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu 2003-cü ildə həbs olunarkən özünə qarşı qeyri-etik davranışa görə, bir qrup vəzifəli şəxsin cinayət məsuliyyətinə cəlb olunması barədə aidiyyəti instansiyalar qarşısında məsələ qaldıracaq. APA-nın məlumatına görə, bu barədə S. Cəlaloğlu və onun vəkili Fuad Ağayev bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. S. Cəlaloğlu onun barəsində həbs qərarı çıxaran Nəsimi rayon məhkəməsinin hakimi Gülnarə Tağızadə, barəsindəki cinayət işinin istintaqına rəhbərlik edən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi Müstəcəb Əliyev, həmin idarənin məsul əməkdaşı Səməd Cəfərov, Baş Prokurorluğun sabiq idarə rəisi Tahir Kazımov, Ali Məhkəmənin və Apellyasiya məhkəmələrinin hakimləri, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Mansur İbayev və daha bir neçə şəxsin barəsində iddia ilə çıxış edəcəyini deyib.
Xatırladaq ki, S. Cəlaloğlu İnsan Hüquq və Azadlıqları üzrə Avropa Konvensiyasının 3-cü (saxlanma zamanı pis rəftara, işgəncələrə məruz qalma) maddəsinin pozulmasından şikayətçi olub. Avropa Məhkəməsi Sərdar Cəlaloğluya dəyən mənəvi ziyana görə 10 000 avro, çəkilmiş xərclərə görə isə 1817 avro təzminat ödənilməsi barədə qərar qəbul edib. S. Cəlaloğlunun şikayəti ilə bağlı çıxarılan qərar 3 aydan sonra hüquqi qüvvəyə minəcək./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR