Bank Of Baku

“Azadlıq” blokunda mitinqlə bağlı fikir ayrılığı yaranıb

“Azadlıq” blokunda mitinqlə bağlı fikir ayrılığı yaranıb
# 15 yanvar 2007 11:43 (UTC +04:00)
““Azadlıq” blokunun qiymətlərin artması ilə bağlı mitinq keçirmək barədə qərarının əleyhinəyəm. Bu, 4-5 nəfərin verdiyi tələskən bir qərardır”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini Yaqub Abbasov bildirib. Onun sözlərinə görə, məsələ ilk növbədə bloka daxil olan partiyaların rəhbər orqanlarında müzakirəyə çıxarılmalı və cəmiyyətin rəyini öyrənmək üçün rayonlara gedilməli idi: “Cəmiyyətin mövqeyini yoxlamadan belə bir addım atılıb. Müsavat Partiyası yanvarın 28-nə, “Azadlıq” bloku isə 26-na mitinq təyin edib. Birlikdən, həmrəylikdən danışırıqsa, birgə mitinqlərə çalışmalıydıq. Partiya rəhbərləri də etiraf edirlər ki, indiyə kimi keçirilən mitinq və piketlər nəticə verməyib. Bu fikirlər səslənibsə, eyni taktikanı davam etdirməyin mənası yoxdur”.
“Azadlıq” blokunun Mitinq Komitəsinin üzvü, AXCP sədrinin müavini Həsən Kərimov isə bildirib ki, Y. Abbasovun söylədikləri onun şəxsi fikirləridir və ADP-nin mövqeyini ifadə etmir: “ADP funksionerlərinin əksəriyyəti mitinqin keçirilməsinə tərəfdar olublar. Ona görə də bu fikirlərin heç bir əsası yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR