Bank Of Baku

Azərbaycan Yolu Siyasi Hərəkatının İqtisadi İnkişaf Nazirliyinin binası qarşısında keçirmək istədiyi piketə razılıq verilməyib

Azərbaycan Yolu Siyasi Hərəkatının İqtisadi İnkişaf Nazirliyinin binası qarşısında keçirmək istədiyi piketə razılıq verilməyib
# 15 yanvar 2007 11:44 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Yolu Siyasi Hərəkatının (AYSH) yanvarın 16-da İqtisadi İnkişaf Nazirliyinin binası qarşısında keçirmək istədiyi piketə razılıq verməyib. AYSH-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, şəhər rəhbərliyinin göndərdiyi cavab məktubunda bildirilir ki, “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının yerləşdiyi binaların ətrafında 300 metr radiusunda mitinq və nümayişlərin keçirilməsi qadağandır. AYSH rəhbərliyi şəhər İcra Hakimiyyəti və İqtisadi İnkişaf Nazirliyi ilə bağlı məhkəməyə müraciət etməyi qərara alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR